1C

Təlim haqqında

Mühasibat uçotu 1C 8.3 proqram təminatı aşağıdakı özəllikləri özündə cəmləşdirmişdir:


  • Azərbaycan və rus dillərində interfeys;
  • "Mühasibat uçotu haqqında" Qanunun tələblərinə uyğun olaraq artıq 2009–cü il üzrə təqdim edilməsi məcburi olan maliyyə hesabatlarının formaları;
  • Milli Mühasibat Uçotu Standartları hesablar planına uyğun olaraq avtomatik müxabirləşmə (provodkalar);
  • Bir konfiqurasiya daxilində bir neçə müəssisənin uçotunun paralel aparılması;
  • Sifarişçinin arzusu ilə yeni hesabatların əlavə edilməsi.

Təlimçi

Nizami Abduləzimov informasiya texnologiyaları və sistemlərində böyük təcrübəsi olan peşəkar mütəxəssisdir. O, Moskva Elektronik Texnologiya İnstitutunda Fizika və Texniki Elmlər fakültəsində təhsil almışdır. Moskvada bir neçə şirkətin İT departamentinin direktoru vəzifəsində çalışmışdır. 1C platformasının tətbiqi və qurulması üzrə 15 illik peşəkar təcrübəyə malikdir. 1C 8 platformasının AA Services, Atəşgah Sığorta, Azmeco, Baku Trans, British American Tobacco, Betling Logistics, Group Motors, Hidromek, Optimal Electronics, Performance Center, Səba, Socar Polymer, WHSmith kimi bir çox şirkətlərdə qurulması onun icraçı meneceri olduğu Egosoft İT şirkəti tərəfindən aparılmışdır. 6 ildir ki, bu vəzifədə çalışan Nizami Abduləzimov təcrübəsi müddətində C#, MS SQL, Web qurulma, Microsoft OS və Server tətbiqlərində geniş təcrübəyə malikdir.

Təlimin detalları

  • Dil: Tədris Azərbaycan dilində aparılır. Proqram təminatının rus dilində

    olan versiyasından istifadə olunacaq.

  • Davamiyyət: 20 Saat
  • Başlama tarixi: 12.11.2017


Təlimin qiyməti: 220 AZN

                       


Xidmət haqqına daxildir:

  • Təlim
  • Təlim materialları 
  • Konsultasiya


Təlimin keçirildiyi yer:

  • S.Vurğun küçəsi, World Business Center, 7-ci mərtəbə