ACCA F2 IN AZERBAIJANI

Təlim haqqında

ACCA F2 (Management Accounting) - İdarəetmə Uçotu şirkətlərdə qərarvermə zamanı istifadə olunan idarəetmə uçotu prinsiplərini əhatə edir. Təlimin ilk yarısı şirkətlərdə xərclərin uçotu və hesablanması sahəsində təməl olan üsulları əhatə edir. Təlimin növbəti hissəsi büdcə və büdcədən kənarlaşmaların təhlili üsullarını və bu üsulların planlaşdırma və nəzarət üçün necə istifadə olunmasını müzakirə edir.

ACCA F2 şirkətlərin fəaliyyətinin qiymətləndirilməsi mövzusunda əsas elementlərin izahı ilə başa çatır.


  • Maliyyə hesabatı sahəsində beynəlxalq tənzimləmənin strukturu haqqında anlayış
  • Müəssisə daxilində istehsalat məsrəflərinin və idarəetmə uçotunun məqsəd və rolu.
  • Mühasibat uçotunun istehsalat məsrəfləri və idarəetmə uçotu ilə müqayisəsi və qarşılaşdırılması.
  • Planlaşdırma, qərarvermə və nəzarətlə bağlı idarəetmə prosesləri.
  • Verilənlərlə məlumatın bir-birindən fərqləndirilməsi.
  • Keyfiyyətli məlumatın xüsusiyyətləri.
  • İdarəetmə ilə bağlı qərarvermə prosesində təlimatçı qismində çıxış edən idarəetmə

informasiyalarına aid məhdudiyyətlər.




Təlimçi

TƏLİMÇİ HAQQINDA:

Xalid Kərimli – ACCA Member, Ph.D Economics.

Xalid müəllim, istehsalat, xidmət və idarəetmə sahəsində 12 illik maliyyə-mühasibat təcrübəsinə malikdir. 2011-ci ildən etibarən Garant Holdinqin (keçmiş adı ZQAN Holdinq) maliyyə müdiri vəzifəsində çalışır.

2004-cü ildən başlayaraq ölkənin müxtəlif universitetlərində, o cümlədən İqtisad Universiteti və Azərbaycan Universitetinin Biznes Məktəbində maliyyə-mühasibat istiqaməti üzrə dərslər keçir və təlimlər verir.

Təlimin detalları

  • Dil: Tədris Azərbaycan dilində aparılır.
  • Davamiyyət: 48 Saat
  • Başlama tarixi: 29.07.2017


Təlimin qiyməti: 450 AZN

                       


Xidmət haqqına daxildir:

  • Təlim
  • Təlim materialları 
  • Konsultasiya


Təlimin keçirildiyi yer:

  • S.Vurğun küçəsi, World Business Center, 7-ci mərtəbə