ACCA F3 IN AZERBAIJANI

Təlim haqqında

Milli Mühasibat Uçotu (ACCA F3 Azərbaycan dilində) - təliminin əsas məqsədi maliyyə hesabatları ilə əlaqəli əsas prinsipləri, konsepsiyaları və qaydaları izah etmək, bu sahədə olan biliklərnizi daha da inkişaf etdirmək və əsas maliyyə hesabatlarının hazırlanmasını öyrətməkdən ibarətdir.

Təlimlərimizdə nüfuzlu Sertifikatlaşdırılmış Mühasiblər Assossiasiyasının (ACCA) rəsmi tədris materiallarının Headstart International tərəfindən Azərbaycan dilinə rəsmi tərcümə edilmiş versiyasından istifadə olunur.

Kimlər üçün nəzərdə tutulub

Təlim Mühasibat uçotunu yeni öyrənən mütəxəssislər, yeni mühasiblər və ya ümumiyyətlə bu sahədə heç bir biliyi və təcrübəsi olmayan şəxslər üçün nəzərdə tutulmuşdur.

Təlimdən əldə olunacaq biliklər

  • Maliyyə hesabatlarının konteksti və məqsədi
  • Maliyyə məlumatlarının keyfiyyət xüsusiyyətləri və mühasibat uçotunun fundamental əsasları
  • İkili yazılış vəmühasibat uçotu sistemlərinin istifadəsi
  • Əməliyyatların və hadisələrin  qeydiyyatı
  • İlkin balansin hazırlanması
  • Əsas maliyyə hasabatlarının hazırlanması​

Təlimçi

Pərviz Abdullayev


Maliyyə, mühasibatlıq və vergi sahəsi üzrə 8 ildən çox təcrübəyə malik olan Pərviz Abdullayev Azərbaycanın Oil and Gas Logistics Group, PashaConstruction LLC, Azeraluminium OJSC, Nurgun Group kimi iri holdinq və şirkətlərində mühasib vəzifəsindən Maliyyə meneceri vəzifəsinə qədər yüksəlmişdir.

Pərviz Abdullayev hal-hazirda dünyanın böyük dördlük (Big 4) şirkəti olan PricewaterhouseCoopers Azərbaycan şirkətində Baş Vergi Məsləhətçisi vəzifəsində işləyir.

Pərviz Abdullayev ACCA DipIFR sertifikatına sahibdir və həmçinin ACCA-in professional səviyyə üzrə tələbəsidir.

O təlimçi olmaqla yanaşı maliyyə, mühasibatlıq və vergi sahəsi üzrə böyük praktikaya malikdir ki, bu da onun dərslərinin daha praktiki və effektli olmasına təsir göstərir. O həmçinin bu illər ərzində qazandığı nəzəri və praktiki bilikləri öz tələbələri ilə bölüşərək, onların maliyyə, mühasibat vergi üzrə təlimlər zamanı əldə etdikləri nəzəri bilikləri daha dərindən başa düşmələrinə yardımçı olur.

Təlimin mövzusu

  • Maliyyə Hesabatlarının Məzmunu və Məqsədləri 
  • Maliyyə Məlumatının Keyfiyyət Göstəriciləri və Mühasibat Uçotunun Fundamental Əsasları
  • İkili Qeydiyyat Sisteminin Tətbiq Edilməsi və Mühasibat Uçotu Sistemi ;
  • Əməliyyatların və Hadisələrin Uçotu;
  • İlkin BalansınTərtib Edilməsi
  • Maliyyə hesabatının hazırlanmasının və məqsədləri
  • İkili mühasibat yazılışlarının əsas prinsipləri
  • Mal-material ehtiyatları
  • Uzun müddətli maddi aktivlər
  • İlkin balansın hazırlanması
  • Kapital strukturu və maliyyə xərci
  • Maliyyə vəziyyəti haqqında hesabat
  • Mənfəət və zərər haqqında hesabat və mənfəət haqqında müfəssəl hesabat
  • Hesabat dövründən sonra baş verən hadisələr
  • Pul vəsaitlərinin hərəkəti haqqında
  • Hesablanmış gəlirlər/xərclər və avanslar
  • Natamam qeydlər

Təlimin detalları

Təlimin dili: Azərbaycan dili


  • Müddəti: 50 saat
  • Təlimin başlama vaxtı: 01.07.2017


Xidmət haqqı: 450 AZN


     * Hissə-hissə ödəniş mümkündür


Xidmət haqqına daxildir:

  • Təlim
  • Tədris vəsaitləri 
  • Konsultasiya
  • Kofe Breyk
  • Sertifikat imtahanı


Təlimin keçirildiyi yer:

  • S.Vurğun küçəsi, World Business Center 7-ci mərtəbə