ACCA F9 IN AZERBAIJANI

Təlim haqqında

Azərbaycanda ACCA tərəfindən “Təsdiqlənmiş Qızıl Statuslu Təhsil Partnyoru” (ALP Gold Status) adına layiq görülmüş Headstart International NACP® (National Accounting Certification Program) - Milli Mühasibatlıq üzrə Sertfikasiya Proqramı üzrə "Maliyyə Menecmenti (ACCA F9 Azərbaycan dilində)" təlimini təqdim edir.


Maliyyə biznesin ən mühüm hissəsidir. Maliyyənin biznesdəki rolu insan bədənində ürəyin roluna bənzəyir. Ürək bədənin bütün orqanlarına qanın davamlı təchizatını təmin edir. Eynilə, maliyyənin rolu da bütün biznes fəaliyyətlərini davamlı olaraq pulla təchiz etməkdir.

Maliyyə menecmenti təşkilatın məqsədlərini həyata keçirmək üçün həmin təşkilatın uzunmüddətli və qısamüddətli maliyyə resurslarının idarə edilməsini nəzərdə tutur. Maliyyə meneceri investisiya, maliyyə və dividend siyasəti üzrə qərarlar qəbul edir.

Təlimdə geniş formada gələcəkdə maliyyə meneceri və ya peşəkar məsləhətçi kimi həyata keçirməli olacağınız fəaliyyət istiqamətləri izah olunub. Həmçinin, maliyyə menecmenti ilə mühasibat və idarəetmə uçotu arasında olan əlaqənin izahı da öz əksini tapıb.


ƏHATƏ OLUNACAQ MÖVZULAR:


  • Maliyyə menecmentinin funksiyaları
  • Maliyyə menecmenti mühiti
  • Dövriyyə kapitalinin idarə edilməsi
  • İnvestisiya layihələrinin qiymətləndirilməsi və seçilməsi
  • Biznesin maliyyələşdirilməsi qərarları
  • Dövriyyə kapitalının idarə olunması 
  • Biznesin qiymətləndirilməsi
  • Risklərin idarəolunmasi


SERTİFİKAT:


Maliyyə Menecmenti (ACCA F9 Azərbaycan dilində) təlimi - NACP® üzrə təlimlərdən biridir. Bu təlimin sonunda təşkil olunacaq Sertifikat İmtahanında uğur qazanan tələbələr Sertifikatla təltif olunacaqlar. Qeyd etmək istərdik ki, sertifikat Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən təsdiq olunacaqdır.

Təlimçi

TƏLİMÇİ HAQQINDA:

Xalid Kərimli – ACCA Member, Ph.D Economics.

Xalid müəllim, istehsalat, xidmət və idarəetmə sahəsində 12 illik maliyyə-mühasibat təcrübəsinə malikdir. 2011-ci ildən etibarən Garant Holdinqin (keçmiş adı ZQAN Holdinq) maliyyə müdiri vəzifəsində çalışır.

2004-cü ildən başlayaraq ölkənin müxtəlif universitetlərində, o cümlədən İqtisad Universiteti və Azərbaycan Universitetinin Biznes Məktəbində maliyyə-mühasibat istiqaməti üzrə dərslər keçir və təlimlər verir.

Təlimin detalları

  • Dil: Tədris Azərbaycan dilində aparılır.
  • Davamiyyət: 54 Saat
  • Başlama tarixi: 08.07.2017


Təlimin qiyməti: 600 AZN

                       


Xidmət haqqına daxildir:

  • Təlim
  • Təlim materialları 
  • Konsultasiya


Təlimin keçirildiyi yer:

  • S.Vurğun küçəsi, World Business Center, 7-ci mərtəbə