ACCA F9 AZƏRBAYCAN DİLİNDƏ

  TƏLİM HAQQINDA

Azərbaycanda ACCA tərəfindən “Təsdiqlənmiş Qızıl Statuslu Təhsil Partnyoru” (ALP Gold Status) adına layiq görülmüş Headstart International NACP® (National Accounting Certification Program) - Milli Mühasibatlıq üzrə Sertfikasiya Proqramı üzrə "Maliyyə Menecmenti (ACCA F9 Azərbaycan dilində)" təlimini təqdim edir.

Maliyyə biznesin ən mühüm hissəsidir. Maliyyənin biznesdəki rolu insan bədənində ürəyin roluna bənzəyir. Ürək bədənin bütün orqanlarına qanın davamlı təchizatını təmin edir. Eynilə, maliyyənin rolu da bütün biznes fəaliyyətlərini davamlı olaraq pulla təchiz etməkdir.

Maliyyə menecmenti təşkilatın məqsədlərini həyata keçirmək üçün həmin təşkilatın uzunmüddətli və qısamüddətli maliyyə resurslarının idarə edilməsini nəzərdə tutur. Maliyyə meneceri investisiya, maliyyə və dividend siyasəti üzrə qərarlar qəbul edir.

Təlimdə geniş formada gələcəkdə maliyyə meneceri və ya peşəkar məsləhətçi kimi həyata keçirməli olacağınız fəaliyyət istiqamətləri izah olunub. Həmçinin, maliyyə menecmenti ilə mühasibat və idarəetmə uçotu arasında olan əlaqənin izahı da öz əksini tapıb.

SERTİFİKAT

Maliyyə Menecmenti (ACCA F9 Azərbaycan dilində) təlimi - NACP® üzrə təlimlərdən biridir. Bu təlimin sonunda təşkil olunacaq Sertifikat İmtahanında uğur qazanan tələbələr Sertifikatla təltif olunacaqlar. Qeyd etmək istərdik ki, sertifikat Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən təsdiq olunacaqdır.​​​​​​​​​​​​​​

  TƏLİMÇİ

Xalid Kərimli - ACCA Member, PhD Economics

Xalid müəllim, istehsalat, xidmət və idarəetmə sahəsində 12 illik maliyyə-mühasibat təcrübəsinə malikdir. 2011-ci ildən etibarən Garant Holdinqin (keçmiş adı ZQAN Holdinq) maliyyə müdiri vəzifəsində çalışır. 
2004-cü ildən başlayaraq ölkənin müxtəlif universitetlərində, o cümlədən İqtisad Universiteti və Azərbaycan Universitetinin Biznes Məktəbində maliyyə-mühasibat istiqaməti üzrə dərslər keçir və təlimlər verir. 


  PARTNERS

  TƏLİM PROQRAMI

  • ​​​​​​​Maliyyə menecmentinin funksiyaları
  • Maliyyə menecmenti mühiti
  • Dövriyyə kapitalinin idarə edilməsi
  • İnvestisiya layihələrinin qiymətləndirilməsi və seçilməsi
  • Biznesin maliyyələşdirilməsi qərarları
  • Dövriyyə kapitalının idarə olunması 
  • Biznesin qiymətləndirilməsi
  • Risklərin idarəolunmasi


  TƏLİM DETALLARI

  • Təlimin dili: Azərbaycan dili
  • Müddəti: 54 saat
  • Təlimin başlama vaxtı: 01.07.2017


TƏLİMİN QİYMƏTİ

  • 600 AZN​​​​​​​


QİYMƏTƏ DAXİLDİR

  • Təlim
  • Tədris vəsaitləri 
  • Konsultasiya
  • Kofe fasiləsi
  • Sertifikat imtahanı​​​​​​​

ÜNVAN

S.Vurğun küçəsi, World Business Center

7-ci mərtəbə


  QALEREYA

  • 38-min.jpg
  • 27-min.jpg
  • 25-min.jpg
  • 24-min.jpg
  • 26-min.jpg
  • 33-min.jpg

  RƏYLƏR

Text...

  ƏLAQƏ

Field is required Incorrect email
Field is required Incorrect email
Field is required Incorrect email
Field is required Incorrect email
Field is required
Your message was sent successfully
Sorry, your message was not sent