COBIT 5 FOUNDATION

Təlim haqqında

COBIT 5 ISACA-nın dünya üzrə qəbul olunmuş əsaslarının ən son tirajıdır. COBIT5 - müəssisənininformasiya texnologiyaların idarə olunmasının bütün proseslərini özündə

göstərir və müxtəlif ölçülərdə olan müəssisələr üçün dəyərin yaradılmasında informasiya və texnologiyanın mərkəzi rolunu əks etdirir. COBİT 5-də mövcud olan prinsiplər, təcrübələr, analitik alətlər və modellər fikir liderliyini və dünyanın müxtəlif yerlərindən olan bizneslərin və mütəxəssislərin təlimatlarını təcəssüm etdirir. COBIT 5-müəssisənin obyektivlərini dəstəkləmək üçün texnologiyanın istifadəsi ilə bağlı qərarlar üçün məsuliyyət daşıyanları və icraçıları təlimatlarla təmin edir. COBİT 5 müəssisədə marağı olan tərəflərin ehtiyaclarının tanınmasında biznes liderlərə kömək edir və informasiya və texnologiyadan gələn dəyəri maksimallaşdırır.Uzun illər ərzində COBİT açıq standart kimi inkişaf etdirilmişdir və effektiv İT idarəetməsini tətbiq etmək üçün nəzarət modeli kimi istifadə olunur.


Təlim əsasən biznes və İT ilə əlaqəli sahələri, İT ilə bağlı xarici və daxili maraqlı tərəflərin ehtiyaclarını əhatə edir. Təlim İT idarəetmə ilə məşğul olan Biznes İcraçılarına , IT Menecerlərə, İT Auditorlara, Risk və Təhlükəsizlik Mütəxəssislərinə , Xidmət və Layihə Menecerlərinə,Maliyyə və Audit Menecerlərə tövsiyyə olunur. Bütün şirkət və müəssisələr olduqları sektordan asılı olmayaraq

COBİT 5 – dən faydalana bilərlər. Təlimin sonunda COBİT 5 imtahanına tam hazır olacaqsınız.

T​əlimçi

İlqar Əliyev dövlət, bank və kommunikasiya sektorunda müxtəlif IT sistemlərinin (Operation Support System, Information Technology General Control, SAP, ERP) inkişafı üzrə geniş təcrübəyə malikdir. O 2006-2013- cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının İnformasiya Texnologiyaları üzrə Audit departamentinin müdiri kimi fəaliyyət göstərmişdir və müəyyən layihələri icra etmişdir.Bununla yanaşı, İlqar Əliyev Bakcell və Azərfon kimi nəhəng Mobil Şəbəkə Operatorlarında “Risk Menecment və Daxili Nəzarət Sistemi” ni inkişaf etdirmişdir.


O peşəkar təcrübəsi müddətində bir çox təlimlərdə iştirak etmiş və idarəetmə,risk,uyğunluq sahələrində sertifikat əldə etmişdir.Bundan əlavə İlqar Əliyev İSACA (Information System Audit and Control Association) -nın üzvüdür və “ARPA” tərəfindən dərc olunan “Risk” jurnalının redaktorudur. İlqar Əliyev hal-hazırda Capital Resources Advisory-də İnformasiya Sistemlərinin Təhlükəsizliyi Xidmətinin direktoru kimi fəaliyyət göstərir.

Training Details

  • Təlimin dili: Azərbaycan və İngilis
  • Davamiyət: 16 saat
  • Başlama tarixi: 01.07.2016


Təlim haqqı: 350 AZN


Təlimə daxildir:

  • Təlim
  • Təlim materialları
  • Konsultasiya


Venue:

  • S.Vurğun küçəsi, World Business Center, 7-ci mərtəbə