EFFECTIVE SALES TECHNIQUES

Təlim haqqında

Yaxşı satıcı, bir müştəriyə ən azı iki dəfə satış edə bilən və o müştəri tərəfindən başqa bir müştəriyə də məsləhət görülən satıcıdır. Yaxşı satıcı, insanlarla yaxşı əlaqə qura bilən insandır. Yaxşı əlaqənin təməlini isə yaxşı ünsiyyət təşkil etdiyi üçün “Yaxşı satıcı, yaxşı ünsiyyət quran insandır” desək yerinə düşər. Bəs yaxşı ünsiyyət üçün gərəkən şərt nədir? Bu və satışla bağlı bütün sualların doğru cavabını öyrənmək istəyirsinizsə “Effektiv Satış Texnikası” təlimi Sizlər üçün unikal bir təlim olacaq.


KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUR


  • Satış təmsilçiləri
  • Satış mütəxəssisləri
  • Satış üzrə menecer olan və ya gələcək karyerasını bu sahədə düşünənlər üçün


TƏLİMDƏN ƏLDƏ EDƏCƏKLƏRİNİZ


  • Satışlarınızı və qazancınızı artıracaqsınız
  • Satış sahəsində olmağın üstünlüklərini biləcəksiniz
  • Zehinsəl əngəlləri daxili motivasyonla aradan qaldırılmağı bacaracaqsınız
  • Müştərilərinizi doğru analiz etməyi öyrənəcəksiniz
  • Müştəriniz ilə doğru ünsiyyət qurmağı bacaracaqsınız
  • Ehtiyacı üzə çıxartma və ya istək yaratma metodlarını öyrənəcəksiniz
  • Nə zaman məhsulun xüsusiyyətlərindən, nə zaman faydalarından danışmaq gərəkdiyini biləcəksiniz
  • Müştərilərinizin bütün etirazları eyni deyil, bunu fərqləndirməyi öyrənəcəksiniz
  • Müştərinizin etirazlarını doğru cavablandıra biləcəksiniz
  • Satışı nə zaman və necə bitirməyi öyrənəcəksiniz
  • Müştərinizə əlavə məhsulu (çarpaz satış) necə sata biləcəyinizi öyrənəcəksiniz
  • Satışdan bitdikdən sonra gərəkənləri öyrənəcəksiniz
  • Satış prosesində ən çox edilən xətaları biləcəksiniz

Təlimçi

TƏLİMÇİ HAQQINDA:

​​​​​​​

Röyal  İbrahimov

Röyal İbrahimov, 10 ildən artıq Satış və marketinq sahəsində təcrübəyə malikdir. Professional iş həyatına 2006-cı ildə Veysəloğlu MMC-də satış təmsilçisi olaraq başlamış və bu gün bir çox xarici ölkələrə satılan və üzərində Azərbaycan malı yazılan “ULDUZ” markasının ilk satış təmsilçilərindən biri olmuşdur. 2009-cu ildən Veysəloğlu MMC-nin ilk Marka müdiri, daha sonra isə Ulduz şokolad fabrikinin Marka müdiri vəzifələrində çalışmışdır. Daha sonra 2012-ci ildən etibarən fabrikin Marketinq və Satış rəhbəri vəzifəsində çalışmış və Daha sonra Foodmaster MMC-də Marketinq və Satınalma rəhbəri olaraq vəzifə almışdır. Hazırda İNTERPAZARLAMA MMC-də General Director vəzifəsində çalışır.

Təlimin detalları

  • Dil: Tədris Azərbaycan dilində aparılır.
  • Davamiyyət: 20 Saat
  • Başlama tarixi: 04.03.2018


Təlimin qiyməti: 240 AZN

                       


Xidmət haqqına daxildir:

  • Təlim
  • Təlim materialları 
  • Konsultasiya


Təlimin keçirildiyi yer:

  • S.Vurğun küçəsi, World Business Center, 7-ci mərtəbə