İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ

Təlim haqqında

Müəssisə fəaliyyətinin inkişafı İnsan Resursları departamentinin işini daha da əhəmiyyətli edir. İnsan Resursları İdarə Edilməsi fəaliyyəti şirkətin uğurlu fəaliyyəti üçün vəzifələrin təyin edilməsindən həmin vəzifələrdə çalışanların peşəkar inkişafına qədər bir çox prosesləri əhatə edir.

Bu təlim sizin İnsan Resursları üzrə biliklərinizi həm nəzəri, həm də praktiki olaraq öyrənməyinizə fokuslanmışdır. 


İnsan Resurslarının İdarə Edilməsi təlimi karyerasına yeni başlamış HR mütəxəssislər, öz biliklərini yeniləmək və ya təkmilləşdirmək istəyən İnsan Resursları departamentinin işçiləri və menecerləri üçün nəzərdə tutulur.


Təlimin faydaları

- İnsan Resurslarının idarə edilməsi, planlaşdırmanın mahiyyəti və zəruriliyi;
- Yeni işçilərə ehtiyacın müəyyənləşdirilməsi;
- İşə qəbul etmə prosesləri üzrə qabaqcıl beynəlxalq təcrübələr;
- İşə qəbul planlarının hazırlanması;
- İşə qəbul sisteminin mərhələləri;
- Müsahibə prosesi;
- Seçmə/ Qiymətləndirmə/ Motivasiya;
- Kompensasiya və faydalar;
- Sənədləşdirmə;
- Adaptasiya;
- Karyera inkişafının mərhələləri;
- Fərdi inkişafa ehtiyacın müəyyənləşdirilməsi və fərdi inkişaf planlarının hazırlanması;
- Fərdi inkişafın formaları;
- Sağlam iş mühitini necə yaratmalı;
- Atestasiyaları müştərək aparılan prosesə necə çevirmək olar;
- Ehtiyat kadrların hazırlanması.

T​əlimçi

Fidan Əzimli – Davranışların idarəedilməsi, İnsan resursları, İdarəetmə bacarıqları üzrə təlimlərin peşəkar tədrisini həyata keçirir. Uzun müddət Azərbaycanın qabaqcıl şirkətlərində İnsan Resların departamentinin direktoru vəzifəsində çalışmışdır. Azercell, Bakcell, Azərsun, UNİSEF, SOS Uşaq Kəndləri,  "İrəli" Gənclər Təşkilatı və digər böyük şirkətlərdə təlimlər keçmişdir. Stokqolm Biznes Məktəbinin "Leading Change" layihəsinin məzunudur. Dəfələrlə müxtəlif televiziya və radio kanallarına müsahib kimi dəvət olunmuşdur.

Training Details

  • Təlimin dili: Azərbaycan
  • Davamiyət: 36 saat
  • Başlama tarixi: 20.05.2017


Təlim haqqı: 425 AZN


Təlimə daxildir:

  • Təlim
  • Təlim materialları
  • Konsultasiya


Venue:

  • S.Vurğun küçəsi, World Business Center, 7-ci mərtəbə