JAVA

Təlim haqqında

Dünyada minlərlə proqramçılar tərəfindən istifadə olunan müasir texnologiya olan Java, öyrənmək üçün ən güclü və faydalı proqramlaşdırma dillərindən biridir.

Java müasir müəssisə əsaslı web-tətbiqlər üçün back-endlər qurulmasında ən məşhur proqramlaşdırma dillərindən biridir. 
Java və onun əsasında yazılan tətbiqlər web proqramçılara geniş istifadəçi kütləsi üçün irimiqyaslı web tətbiqlər yaratmasına imkan verir. Javanın digər proqramlaşdırma dillərinə və şəraitinə nəzərən daha çox üstünlüklərinin olması hər bir tapşırığın icrasını mümkün edir. Öyrənmənin asanlığı, təhlükəsizlik, güclü proqramlaşdırma alətləri, çoxsaylı məlumat mənbələrinin olması əsas üstünlüklərdəndir. Bununla yanaşı, Javanı öyrənmək üçün önəmli səbəb onun hər yerdə – kompüterinizin desktopunda, mobil telefonunuzda, rəqəmsal kartlarda olmasıdır.

Sun Microsystems tərəfindən Java proqramlaşdırma təsviri haqqında qeyd edildiyi kimi: “Java sadə, obyekt yönümlü, paylana bilən, aydın, güclü, təhlükəsiz, tətbiqlər tərəfindən neytral dəstəklənən (architecture neutral), portativ, tətbiqlərlə müxtəlif şəkildə əlaqələndirilə bilən və dinamikdir.”


KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB:


  • - Kompüter elmləri, riyaziyyat, mühəndislik və digər kəmiyyət və texniki sahələr üzrə ixtisaslaşmış tələbələr və məzunlar;
  • - Peşəkar Java konseptini öyrənmək istəyən kiçik İT mütəxəssisləri, eləcə də kodlaşdırma bacarıqlarını inkişaf etdirmək istəyən qeyri İT sahələrinin peşəkarları.

Təlimçi

Kənan Rəhimov proqram təminatının yaradılması üzrə 7 il təcrübəsi olan peşəkar proqram təminatı memarıdır. O, hal-hazırda ERP və onun daxili modullarının tətbiqi, qurulması və modifikasiyası üzrə məsul olduğu Rapid Solutions şirkətində Baş proqram təminatı memarı vəzifəsində çalışır. Peşəkar təcrübəsi daxilində R.I.S.K and Komtec (Milliön) kimi şirkətlərdə baş proqram təminatçısı və komanda rəhbəri kimi vəzifələrdə çalışmışdır.

Kənan Elektron çek ödənişləri üzrə həll, Bulk SMS Service, ADM – Aeronautical Data Manager, Bulk SMS Service, LiveStatistics.org – zaman panelində qrafik statistika, E-Library – Təhsil Nazirliyinin layihəsi, Daxili İşlər Nazirliyinin polis xidməti üçün nəqliyyatın hərəkətinin izlənilməsi və xəritə naviqasiyası kimi bir çox İT layihələrdə yaxından iştirak etmişdir.

Kənan bir çox proqramlaşdırma dillərində və təkmilləşdirmə alətlərində peşəkar mütəxəssisdir. Onun mütəxəssis olduğu sahələrə Agile Methodologies, Scrum, Java, C#, C++, ASP.NET MVC, ADO.NET, Ruby, Python, MS SQL Server, MySQL, Oracle, NetBeans, Visual Studio, Java Enterprise Edition və digər alətlər daxildir.

Təlimin detalları

  • Dil: Azərbaycanca (İngilis dilinin dəstəyi ilə)
  • Davamiyyət: 36 Saat
  • Başlama tarixi: 15.05.2016


Təlimin qiyməti: 340 AZN

                       


Xidmət haqqına daxildir:

  • Təlim
  • Təlim materialları 
  • Konsultasiya


Təlimin keçirildiyi yer:

  • S.Vurğun küçəsi, World Business Center, 7-ci mərtəbə