ƏMƏK HAQQLARININ HESABLANMASI

Təlim haqqında

Fəaliyyət sahəsindən asılı olmayaraq, müəssisədə insan faktorunun rolu əvəzolunmazdır. Müxtəlif faktorları nəzərə alaraq hər bir şəxs müəssisə tərəfindən müəyyən olunmuş öhdəlikləri öz üzərinə götürərək təyin olunmuş vəzifəni icra edir. Bunun müqabilində hər bir əməkdaşın əməyi dəyərləndirilir. Müəssisənin hər bir əməkdaşının əmək haqqının və əməklə bağlı digər dəyərləndirmələrin düzgün şəkildə hesablanması önəmlidir.


Təlim əmək haqqının hesablanmasının və əməyin dəyərləndirilməsinin qanunverilicik çərçivəsində aparılması prosesinini tam əhatə edir. Təlimin proqramı həm nəzəri, həm də praktiki biliklərin öyrənilməsi və təkmilləşdirilməsini əhatə edir.


KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB

Bu təlim müxtəlif sahələrdə çalışan mühasiblər, insan resursları departamentində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.


TƏLİMİN FAYDALARI​​​​​​​

Əmək haqqının hesablanması
- Məzuniyyətlərin hesablanması və ödənilməsi
- Əmək məzuniyyətin hesablanması qaydası
- Təhsil məzuniyyətinin hesablanması qaydası
- Kompensasiyanin hesablanması qaydası
- Sosial məzuniyyətin hesablanması qaydası
- Xəstəlik vərəqəsinin hesablanması (Nazirlər Kabinetinin №189 qərarı)
- Ezamiyyətin hesablanması (Nazirlər Kabinetinin №14 qərarı)
- Əmək haqqı ilə bağlı Əmək Məcəlləsində olan maddələrin izahı
- Əmək haqqı ilə bağlı İnzabati Xətalar Məcəlləsində olan maddələrin izahı
- Əmək haqqı ilə bağlı Vergi Məcəlləsində olan maddələrin izahı (Gəlir vergisinin hesablanması)
- Əmək haqqı ilə bağlı Sosial Sığorta haqqında qanunda olan maddələrin izahı
- Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi bəyannaməsinin (MÖMV) doldurulması qaydası
- Forma B1 və B3 hesabatının dolduralması qaydası
- Statistik hesabatın (4 Əmək ) hesabatının doldurlması qaydası
Təlimdən qazanacağınız faydalara təlim proqramındakı mövzuları ətraflı şəkildə əhatə etməklə, praktiki olaraq biliklərin əldə olunması, iş mühitində uğurlu şəkildə prosesin idarə olunması daxildir.

TUTOR

Polad Abışov – Polad bəy artıq 10 ildən artıqdır ki, Azərbaycan müxtəlif sahələrdə vergi uçotunun təşkili və təkmilləşdirilməsi sahəsində çalışır. Uzun illər PWC şirkətinin Vergi və Hüquq departamentində yerli və beynəlxalq vergi layihələrində mütəxəsis kimi çalımış və böyük təcrübəyə sahiblənmişdir. Hal hazırda ARDNŞ-nin birgə müəssisəsində Baş Mühasib olaraq yerli və regional vergi uçotunun aparılması və vergilərlə münasibətlərin tənzimlənməsi funksiyasını daşıyır. Polad Abışov fəaliyyət göstərdiyi dövr ərzində neft-qaz, istehsalat və inşaat sahəsində vergi uçotunun və beynəlxalq uçot standartlarının tətbiqi ilə əlaqədar böyük təcrübə toplamış və elecədə

Azərbaycan Vergilər Nazirliyinin müxtəlif layihələrində yaxından iştirak etmişdir.

Təlimin detalları

  • Dil: Azərbaycanca 
  • Davamiyyət: .12 Saat
  • Başlama tarixi: 08.10.2017


Təlimin qiyməti: 160 AZN

                       


Xidmət haqqına daxildir:

  • Təlim
  • Təlim materialları 
  • Konsultasiya


Təlimin keçirildiyi yer:

  • S.Vurğun küçəsi, World Business Center, 7-ci mərtəbə