MS ACCESS

Təlim haqqında

Microsoft Access istinad, hesabat, analiz üçün lazım olan informasiyanı saxlanılmağa kömək edən məlumatı idarə edən alətdir. Bu sizə Excel və digər proqramlarda böyük ölçülü informasiyanı idarə edərkən qarşılaşdığınız məhdudiyyətlərin öhdəsindən gəlməyə kömək edir.
Bir-biri ilə əlaqəli verilənlər bazasını düzgün qurmağı və tətbiq etməyi öyrənməmiş peşəkar Access istifadəçisi olmaq mümkün deyil. Tərtibatla bağlı məsələlər bütün kurs müddətində əhatə olunur və beləliklə təlimin sonuna kimi hər bir iştirakçı Access-in funksiyalarının yüksək səviyyəli istifadəsini və bir-biri ilə əlaqəli verilənlər bazası ilə bağlı ən yaxşı təcrübələri dərindən öyrənir.

Təlimçi

Kamil Nematli tam ali təhsilini Türkiyənin Orta Doğu Texniki Universitetinin Kompüter mühəndisliyi bölümü üzrə başa vurmuşdur.


Onun mürəkkəb və yüksək səviyyəli layihələr üzrə 6 ildən artıq təcrübəsi var. O müxtəlif şirkətlərin İnformasiya Texnologiyaları bölümündə müxtəlif sahələrdə işləmişdir. Türkiyənin paytaxtı olan Ankara şəhərində BMBSOFT ofisində proqram təminatçısı kimi işləyərkən C# (.NET), Microsoft SQL Server, Oracle, Web Services, PHP, HTML, JavaScript, CSS kimi proqramları geniş miqyasda tətbiq etmişdir.


Peşəkar karyeranın davamı olaraq Kamil bəy Azərbaycanda Omicron LLC- də GIS mütəxəssisi və proqram təminatçısı kimi fəaliyyət göstərmişdir.


O həm də SQL Database (Microsoft Azure), VBA, JavaScript, C# (.NET), HTML, CSS, XML, Web Services, Microsoft SharePoint, Microsoft Access, SAP Crystal Reports kimi proqramları tətbiq edərək təşkilatın bütün informasiyasını saxlamaq və manipulyasiya etmək üçün sistem yaradaraq Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində işləmişdir. O Microsoft Access-dən mürəkkəb hesabatları yaratmaq və informasiyanı saxlamaq üçün geniş şəkildə istifadə etmişdir. 


Kamil bəy indi yüksək profilli hökümət layihələrinə töhvə verərək məsləhətçi kimi fəaliyyət göstərir.

Təlimin detalları

  • Dil: Azərbaycanca (İngilis dilinin dəstəyi ilə)
  • Davamiyyət: 12 Saat
  • Başlama tarixi: 20.06.2016


Təlimin qiyməti:

  • Fundamentals of Database Structure: 155 AZN
  • Building Relational Database: 155 AZN
  • Access Advanced: 155 AZN
  • Access+Visual BasicSkills: 215 AZN

                       


Xidmət haqqına daxildir:

  • Təlim
  • Təlim materialları 
  • Konsultasiya


Təlimin keçirildiyi yer:

  • S.Vurğun küçəsi, World Business Center, 7-ci mərtəbə