PRAKTİKİ MÜHASİBAT

Təlim haqqında

Headstart International sizləri Milli Mühasibat təlimində iştirak etməyə dəvət edir.
TƏLİM HAQQINDA:
Təklif olunan təlim kursu Azərbaycan Respublikasının milli mühasibat uçotunun standartlarına cavab verən praktiki proqramı əhatə edir. Müəssisələrdə maliyyə və mühasibatlıq şöbəsində çalışan şəxslər, mühasibat işinin kompleks şəkildə, yəni ilkin əməliyyatdan başlayaraq son maliyyə hesabatının tərtib edilməsinə kimi aparılan bütün maliyyə və mühasibat əməliyyatların mahiyyətini və məqsədini anlamaq və mənimsəmək üçün tələb olunan bütün nəzəri və praktiki bilikləri əldə etmiş olacaqlar və bunun nəticəsi kimi maliyyə və mühasibatlıq şöbələrində özlərinin xidməti irəlləyişlərini təmin etmiş olacaqlar.


ƏHATƏ OLUNACAQ MÖVZULAR:

Təlim Proqramı:

1. MÜHASİBATLIĞIN ƏSASLARI
a) Hesablar planı, maliyyə hesabatları haqqında giriş məlumat
b) Mühasibat kitabları və registrləri
c) Maliyyə hesabatlarından vergi bəyannaməsinə transformasiya

2. GÜNDƏLİK İQTİSADİ ƏMƏLİYYATLARIN VƏ VERGİLƏRİN UÇOTU
a) Əsas vəsaitlərin və mal-materialların uçotu
b) Bank və kassa, məzənnə fərqi və ezamiyyə əməliyyatların uçotu
c) Əmək haqqı və fiziki şəxslərin gəlir vergisinin hesablanması və uçotu, DSMF hesabatların (B1 və B3) və vergi bəyannaməsinin tərtib edilməsi
d) Gəlir, xərc, ƏDV və Mənfəət vergisinin hesablanması və uçotu, vergi bəyannamələrin tərtib edilməsi
e) Torpaq, əmlak və ödəmə mənbəyində tutulan vergilərin hesablanması və uçotu, vergi bəyannamələrin tərtib edilməsi

3. MALİYYƏ HESABATLARI
a) Dövrün bağlanması və Maliyyə hesabatların (Mühasibat Balansı, Mənfəət və Zərərə Haqqında Hesabat) tərtib edilməsi

Təlimin detalları

  • Dil: Tədris Azərbaycan dilində aparılır.
  • Davamiyyət: 36 Saat
  • Başlama tarixi: 14.10.2017


Təlimin qiyməti: 340 AZN

                       


Xidmət haqqına daxildir:

  • Təlim
  • Təlim materialları 
  • Konsultasiya


Təlimin keçirildiyi yer:

  • S.Vurğun küçəsi, World Business Center, 7-ci mərtəbə