SQL SERVER

Təlim haqqında

İstənilən biznes prosesində məlumatların yığılıb-saxlanılması və idarə edilməsi əsas məsələlərdəndir. Uğurlu qurulmuş verilənlər bazası strukturu ilə təşkilatlar tətbiqlərdən sürətli cavablar alır, asanlıqla bazanı arxivləşdirir, hesabatlar yaradır və bununla da biznes proseslərini sürətləndirir. Verilənlərin bazada necə saxlanıldığını və müəyyən proseslər vasitəsilə icra olunduğunu başa düşmək üçün siz verilənlər bazası konsepti haqqında fundamental biliklərə malik olmalısınız.


Bu təlim Headstart International tərəfindən lazımi biznes təhlilləri aparmaq, verilənlər bazası yaratmaq, kompleks SQL queries yazmaq, hesabatlar hazırlamaq üçün iştirakçıların uyğun bilik və bacarıqlarını inkişaf etdirmək üçün hazırlanmışdır.


KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB:

Microsoft SQL Serverin alətlərindən istifadə edərək verilənlər bazası konseptini başa düşmək, kompleks verilənlər bazasının idarə etmək və təkmilləşdirmək, SQL sorğularını yazmaq istəyən tələbələr, məzunlar və ya mütəxəssislər təlimdə iştirak edə bilərlər.

Təlimçi

Kamil Nematli tam ali təhsilini Türkiyənin Orta Doğu Texniki Universitetinin Kompüter mühəndisliyi bölümü üzrə başa vurmuşdur.


Onun mürəkkəb və yüksək səviyyəli layihələr üzrə 6 ildən artıq təcrübəsi var. O müxtəlif şirkətlərin İnformasiya Texnologiyaları bölümündə müxtəlif sahələrdə işləmişdir. Türkiyənin paytaxtı olan Ankara şəhərində BMBSOFT ofisində proqram təminatçısı kimi işləyərkən C# (.NET), Microsoft SQL Server, Oracle, Web Services, PHP, HTML, JavaScript, CSS kimi proqramları geniş miqyasda tətbiq etmişdir.


Peşəkar karyeranın davamı olaraq Kamil bəy Azərbaycanda Omicron LLC- də GIS mütəxəssisi və proqram təminatçısı kimi fəaliyyət göstərmişdir.


O həm də SQL Database (Microsoft Azure), VBA, JavaScript, C# (.NET), HTML, CSS, XML, Web Services, Microsoft SharePoint, Microsoft Access, SAP Crystal Reports kimi proqramları tətbiq edərək təşkilatın bütün informasiyasını saxlamaq və manipulyasiya etmək üçün sistem yaradaraq Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində işləmişdir. O Microsoft Access-dən mürəkkəb hesabatları yaratmaq və informasiyanı saxlamaq üçün geniş şəkildə istifadə etmişdir. 


Kamil bəy indi yüksək profilli hökümət layihələrinə töhvə verərək məsləhətçi kimi fəaliyyət göstərir.

Təlimin detalları

  • Dil: Azərbaycanca (İngilis dilinin dəstəyi ilə)
  • Davamiyyət: 24 Saat
  • Başlama tarixi: 21.08.2016


Təlimin qiyməti: 240 AZN

                       


Xidmət haqqına daxildir:

  • Təlim
  • Təlim materialları 
  • Konsultasiya


Təlimin keçirildiyi yer:

  • S.Vurğun küçəsi, World Business Center, 7-ci mərtəbə