SUPPLY CHAIN MANAGEMENT

Məhsul və xidmətin keyfiyyətli olmasında, müştəri məmnuniyyətinin ölçülməsində, biznesin gəlirliliyini müəyyənləşdirmədə və təkmilləşdirilmiş əməliyyatları aparmaqda təchizat zəncirinin idarə edilməsinin böyük rolu vardır. Təchizat zənciri mürəkkəb prosesləri və müxtəlif maraqlı tərəfləri özündə birləşdirdiyindən, səmərəli təchizat zəncirinin idarə edilməsinin proqram və planını qurmaq üçün bu sahəni başa düşmək çox vacibdir. 

Bu təlimdə təchizat zəncirinin idarə edilməsinin əsas məqsədləri, sənayedə qarşılaşılan problemlər və müasir trendlər müzakirə ediləcək.

Təhcizat Zəncirinin İdarəedilməsi təlimi vasitəsilə iştirakçılar təchizat zəncirinin idarə edilməsinin müxtəlif istiqamətləri ilə tanış ola biləcək, əsas biznes proseslərini müəyyən edə biləcək və bu proseslərin icra edilməsini öyrənəcəklər.

KİMLRƏR İŞTİRAK EDƏ BİLƏR:

Təhcizat Zəncirinin İdarəelməsi təlimi təhcizat, logistika və anbardarlıq sahəsi üzrə çalışan, yeni öyrənən mütəxəssislər və ya ümumiyyətlə bu sahədə heç bir biliyi olmayan amma gələcək karyeralarını qurmaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.

Tutor

SEYMUR İLYASOV - CPE™,CIPM™,MPM™,LSSWB™, Msc

Ali təhsilini 2002-2007-ci illərdə Qafqaz Universitetinin Sənaye Mühəndisliyi ixtisası üzrə alan Seymur İlyasov 2008-2010-cu illərdə Qafqaz Universitetinin Sənaye Mühəndisliyi ixtisası üzrə magistratura təhsilini universitet birincisi olaraq tamamlamışdır. Davamlı olaraq yerli və beynəlxaq təlimlərdə iştirak edən planlama mühəndisi 2015-ci ildə Amerikanın (American Academy of Project Management) akademiyası tərəfindən Certified Planning Engineer dərəcəsinə və “Honorary Global Advisor” tituluna layiq görülmüşdür. Ümumilikdə isə dörd beynəlxalq dərəcə və iki beynəlxalq tutula layiq görülüb.

İstehsalat və xidmət sahələrinin detallı planlanması üzrə professionallaşan mühəndis həm istehsalat, həm də xidmət sahələrində təcrübələrini tətbiq etməkdədir. 

TURAL VƏZİROV - CİPP

Azərbaycan Dövlət İqtisad Universitetində Bakalavr və Magistr dərəcəsinə yiyələnən Tural Vəzirov, 2007 ci ildə idarəetmə üzrə MBA dərəcəsini almışdır. Son 10 ildə Avropa və Yaxın Şərqdə təchizat üzrə bir sıra təlimlərdə iştirak etmiş, Beynəlxalq Biznes və Maliyyə İdarəetməsi Akademiyası tərəfindən verilən CİPP dərəcinin sahibidir. Hazırda müqavilələrin idarəedilməsi sahəsində professional dərəcənin əldəedilməsi üzərində çalışır. CİPS, İABFM, İACCM təşkilatlarının üzvüdür. Eyni zamanda Heriott-Watt Uivesitetinin Edinburq Biznes Məktəbində təhsilini davam etdirir. 
Neft və Qaz, Tikinti, Telekomunikasiya, Turizm və Əmlakların idarəolunması bazarlarında təchizat üzrə təcrübəyə malikdir. Hazırda yerli bazarda əmlakların idarəedilməsi üzrə boyük şirkətlərdən birində Təchizat şöbəsinin rəhbəri vəzifəsində çalışır. 


  Training Details

  • Language: Azerbaijani
  • Duration:  24 Hours (2 Months)
  • Start date & time: TBD


Training Fee

  • AZN 410


Fee Includes

  • Training
  • Training materials
  • Consulting
  • Coffee break

Venue

S.Vurgun street, Headstart International Office, 7th floor


  Contact Form

Field is required Incorrect email
Field is required Incorrect email
Field is required Incorrect email
Field is required Incorrect email
Field is required
Your message was sent successfully
Sorry, your message was not sent