NİYƏ HEADSTART INTERNATIONAL?

​​​​​​​ HEADSTART INTERNATIONAL HAQQINDA

Headstart International 2010-cu ildən Azərbaycanda fəaliyyətə başlayan peşəkar təlim-tədris mərkəzidir. Headstart International reallaşdırdığı təlimlər, həyata keçirdiyi korporativ tədbirlər, yerli və beynəlxalq tenderlərdə iştirak edərək qalib gəldiyi layihələr ilə öz inkişaf xəttini daim genişləndirir.


Müştərilərə Maliyyə və Mühasibatlıq, Vergi uçotu, Menecment və xarici dillər üzrə təlimlər təqdim edən Headstart International  Azərbaycanda bu günə kimi 15.000-dən çox tələbəyə təlim keçmişdir. Hər keçən gün inkişaf etməyə yönəlik istedadlı və peşəkar komandası ilə Azərbaycanda layihələr həyata keçirən Headstart International  bizness mühitində öz möhkəm və davamlı inkişafını daha da artırır və rəqabətli bazara iddialı təlimlər təklif edərək yüksək bazar payını əldə edir.


Məqsədimiz gələcəkdə də, müasir, elmi və tələbata uyğun əhəmiyyətli təlimlər reallaşdırmaq, tələbələr, iş adamları, korporativ müştərilər üçün layiqli xidmət göstərməyi davam etdirməkdir.

HEADTSART INTERNATIONAL - IN 7 İLLİK YUBİLEYİ

 ​​​​​​​ FOTO QALEREYA

  • 2017-12-min.jpg
  • 2016-3-min.jpg
  • 2017-1-min.jpg
  • 01-min.jpg
  • 2015-13-min.jpg
  • 2015-16-min.jpg
  • 2016-5-min.jpg
  • 2017-3-min.jpg
  • 2017-4-min.jpg
  • 2017-7-min.jpg
  • 2017-9-min.jpg
  • 2017-8-min.jpg
  • 2017-13-min.jpg
  • 2017-10-min.jpg

 ​​​​​​​ KARYERA İNKİŞAFINDA TƏHSİLİN ÖNƏMİ

​​​​​​​Bu gün rəqabət qabiliyyətli əmək bazarında təhsil getdikcə daha önəmli faktora çevrilir. Təhsillə əlaqədar edilən qərarlar professional karyera və inkişafa təsir göstərdiyi üçün olduqca vacibdir. Hər bir səhv qərar həm maliyyə, həm də vaxt itkisinə səbəb olur. Ona görə də təhsil partnyorunu seçmək etdiyiniz düzgün qərarlardan çox asılıdır.


Şübhəsiz ki, indiki dövrdə vacib və dəyərli olan vaxt və maliyyə vəsaitini boş yerə sərf etmək gələcək karyera yüksəlişinə mənfi təsir göstərir. Seçdiyiniz təhsil partnyoru qısa zamanda daha tez və çox öyrənmənizə kömək etməli,treyninq və təkmilləşdirmədə daha professional təcrübəsi olmalıdır.


​​​​​​​ BİZİ FƏRQLƏNDİRƏN NƏDİR?

Headstart International 7 illik fəaliyyəti dövründə həm tələbə sayına görə, həm də tələbələrinin göstərdikləri yüksək nəticələrə görə tanınan təlim mərkəzidir. Xidmət bazasını genişləndirən və daim təkmilləşdirən Headstart International bu illər ərzində ölkə daxilində və beynəlxalq miqyasda uğurları ilə Azərbaycanda lider tədris mərkəzi olaraq rəqiblərini öz nəticələri ilə geridə qoyur .


Fəaliyyət göstərməyə başladığımızdan bu günə qədər  qazandığımız təcrübə və xidmət verdiyimiz sahələrdə qazanılan uğurlar sayəsində  iş prinsipimiz zaman keçdikcə daha effektiv şəkildə həyata keçirilir. Rəqiblərimizdən fərqimiz reallaşdırdığımız təlimlərin səmərəli və məhsuldarlığı ilə tələbələrimizin göstərdiyi nəticələrdir.


 ACCA ÜZRƏ TƏLƏBƏLƏRİMİZİN ƏLDƏ ETDİYİ NƏTİCƏLƏR:​​​​​​​

1. 2011 - DipFM(Part I) imtahanı. Azərbaycan və dünya üzrə 1-ci yer - Gülru Hüseynova;

2. 2012 - DipFM(Part II) imtahanı. Azərbaycan və dünya üzrə 1-ci yer - Gülru Hüseynova;

3. 2013 - ACCA F5 imtahanı üzrə Azərbaycan 1-cisi və dünya üzrə 17-ci yer - Cavid Mustafalı;

4. 2014 - ACCA F7 imtahanı üzrə Azərbaycan 1-cisi və dünya üzrə 16-cı yer - Elnur Ələkbərov;

5. 2016 - ACCA F9 imtahanı üzrə Azərbaycan 1-cisi və dünya üzrə 19-cu yer - Yunis Məmmədli.


Digər tələbələrimizin uğurları ilə aşağıdakı linkə keçməklə məlumat ala bilərsiniz.

                                                                                                              Ətraflı

​​​​​​​ TƏLİMÇİLƏRİMİZ

Headstart International MMC dünyanın tanınmış universitetlərində təhsil almış və Azərbaycanın ən iri şirkətlərində uzun müddətli iş təcrübəsinə malik insanlardan ibarət təlimçi komandasına malikdir.

                                                                                                                                Ətraflı

​​​​​​​ TƏLƏBƏ RƏYLƏRİ





​​​​​​​ TƏHSİL ÜZRƏ TƏRƏFDAŞLARIMIZ

ACCA-İN AZƏRBAYCANDA TƏHSİL ÜZRƏ RƏSMİ TƏRƏFDAŞI

ACCA-İN AZƏRBAYCANDA RƏSMİ İMTAHAN MƏRKƏZİ (CBE)

CIMA-NIN AZƏRBAYCANDA TƏHSİL ÜZRƏ RƏSMİ TƏRƏFDAŞI

AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASI TƏRƏFİNDƏN TƏSDİQ EDİLMİŞ SERTİFİKASİYA

​​​​​​​ ​​​​​​​ BİZİM MÜŞTƏRİLƏRİMİZ